İranda koronavirusa yoluxan 83 mindən çox insan sağalıb
Tehran, 8 may, AZƏRTAC
Mayın 8-nə olan məlumata əsasən, gün ərzində İranda 1556 nəfər koronavirusa yoluxub, 55 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur mətbuat konfransında deyib. Onun sözlərinə görə, ümumilikdə, İranda koronavirusa yoluxanların sayı 104 min 691 nəfərə, ölənlərin sayı isə 6 min 541-ə çatıb.
Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 83 min 837 nəfər sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]