İranda koronavirusdan bir gündə 199 nəfər ölüb
Tehran, 15 iyul, AZƏRTAC
İran koronavirusun yayılmasının ikinci dalğasını yaşayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, birinci dalğa İranın şimal və mərkəzi vilayətlərində olub. İkinci dalğa isə İranın cənub bölgəsini daha çox vurub. Prezident vətəndaşları tətbiq olunan qadağalara əməl etməyə çağırıb.
İranın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son 24 saat ərzində 2 min 338 nəfər virusa yoluxub, 199 nəfər isə vəfat edib. Bununla da İranda yoluxanların ümumi sayı 264 min 561 nəfərə, ölənlərin sayı isə 13 min 410-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 227 min 561 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 411 nəfərin vəziyyəti ağır olaraq qalır.
Nazirliyin məlumatına görə, İranın Şərqi və Qərbi Azərbaycan, Hörmüzgan, Buşehr, Kürdüstan, Rezavi, Xorasan, Elam, Kirmanşah, Gülüstan və Mazandaran vilayətləri qırmızı zonaya daxildir. Bu vilayətlərdə yoluxma və ölüm halları daha çox qeydə alınır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]