İranda yaşayan köçəri tayfaların festivalı keçirilir
Tehran 4 may AZƏRTAC
İranın Şərqi Azərbaycan əyalətinin Kələybər bölgəsində köçəri xalqların festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalda İranda köçəri həyat tərzi keçirən tayfaların nümayəndələri iştirak edirlər. Festivalı seyr edən yerli və xarici turistlər kişilərlə yanaşı, qadınların da at çapmaları və ox atmaq məharətlərini seyr edirlər.
Təşkilatçılar tərəfindən qaliblərin Tehrana ekskursiyası təşkil olunacaq.
Festival 3 gün davam edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran