İranın xanım vitse-prezidenti koronavirusa yoluxub
Tehran, 27 fevral, AZƏRTAC
İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar da koronavirusa yoluxub.
AZƏRTAC İRNA dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, özündə narahatlıq və hərarət hiss edən xanım Ebtikar həkimə müraciət edib. Ondan götürülmüş qan analizinin nəticələrinə görə, vitse-prezident koronavirusa yoluxub. Dərhal karantinə alınan xanım vitse-prezidentin müalicəsinə başlanılıb.
Bundan başqa, İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə virusa yoluxaraq həyatını itirib.
Rəsmi məlumata görə, İranda 26 nəfər virus səbəbindən dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 300 nəfərə yaxındır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]