İRANLA AZƏRBAYCAN ARASINDA RADİO-TELEVİZİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SƏNƏD İMZALANACAQ
İranın Radio-Televiziya Şirkətinin Bakı bürosundan AZƏRTAC-a bildiriblər ki, şirkət sədrinin birinci müavini Məhəmməd Hönərdust yanvarın 6-da Bakıya gəlib. Səfər Azərbaycan Prezidenti Heydər Əliyev İranda olarkən imzalanmış müqavilələrə əsasən həyata keçirilib.
Yanvarın 7-də qonaq Şəhidlər xiyabanını ziyarət edəcək. Sonra Azərbaycan televiziyasının sədri Nizami Xudiyev, rabitə naziri Nadir Əhmədov, mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşəcəkdir.
Səfər müddətində iki ölkə arasında radio-televiziya sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq və iki ölkə kinematoqrafçılarının birgə işi olacaq “Ustad Seyid Məmmədhüseyn Şəhriyar” çoxseriyalı telefilminin çəkilməsi məsələsi müzakirə ediləcəkdir. Səfər yanvarın 10-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]