İraqda koronavirus xəstəxanasında baş verən yanğında 36 nəfər ölüb
Bakı, 13 iyul, AZƏRTAC
İraqın Nəsiriyyə bölgəsindəki koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, Dhi Qar vilayətindəki “İmam Hüseyn” xəstəxanasında baş verən yanğında 36 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yanğının oksigen balonunun partlaması səbəbindən baş verdiyi ehtimal olunur. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.
Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib.