“İrəli” İctimai Birliyi “flashmob” aksiyası keçirmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də “İrəli” İctimai Birliyi (İB) Qız Qalasının önündə “Eurovision” musiqi yarışmasında iştirak edən Eldar Qasımov və Nigar Camalı dəstəkləmək məqsədi ilə “flashmob” aksiyası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir azərbaycanlı və türkiyəli gənclərin təşkilatçılığı ilə reallaşdırılmışdır.
Tədbirdə çıxış edən İB-nin baş katibi Rauf Mərdiyev demişdir ki, Azərbaycan ilə Türkiyə siyasi, iqtisadi, eləcə də mədəni sahələrdə daim bir-birinə dəstək olmuş, ən çətin günlərdə hər zaman bir-birinə arxalanmışlar. Hər il keçirilən “Eurovision” musiqi yarışmasında da qardaş ölkələrin xalqları türk dünyasının təmsilçilərinə yüksək xal vermişlər.
Dünya Azərbaycan və türk diaspor təşkilatlarına müraciət edən gənclər builki yarışmada türk dünyasının yeganə təmsilçisi olan Azərbaycan nümayəndələrini dəstəkləməyə çağırmışlar.
Bildirilmişdir ki, Azərbaycanın finalda iştirakı həm də Türkiyənin qələbəsidir.
Bir saat davam edən aksiya zamanı gənclər çoxsaylı şüarlar səsləndirmiş, Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]