İRƏVAN TEATRI YENİ 125-Cİ MÖVSÜMÜNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, teatr yeni mövsümün ilk tamaşası - Hidayətin “Durnalar qayıdanda” əsərini Abşeron rayon mədəniyyət sarayında tamaşaçılara təqdim etmişdir.
Teatrın direktoru İftixar Piriyev mövsümün açılışı ilə əlaqədar demişdir ki, 125 il əvvəl Qərbi Azərbaycanda fəaliyyətə başlayan bu teatr hazırda Bakı şəhərində məskunlaşsa da, hələ özünün binasına malik deyil. Lakin nümunəvi fəaliyyəti ilə Azərbaycan teatrları arasında özünəlayiq yer tutmuşdur. Bu yay əsrin bəlası olan narkomaniya ilə mübarizə istiqamətində hazırladığımız Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm” əsərinin tamaşasını respublikanın bütün rayonlarında göstərmişik.
Vaxtilə 16 il teatra fasiləsiz rəhbərlik etmiş görkəmli şair və dramaturq Hidayət Orucovun “Məni qınamayın” əsəri əsasında hazırladığımız “Durnalar qayıdanda” tamaşası ilə mövsümü açmağımız bir ənənə halını almışdır. Əsər sovet rejimi dövründə yazılmış pyesdir və o zamanlar hər ədəbiyyatçının deyə bilmədiyi sözü Hidayət müəllim kəskin qələmi ilə demişdir. Baş rollarda xalq artisti Arif Quliyev, əməkdar artistlər Vidadi Əliyev, Elmira İsmayılova, Süleyman Nəcəfov, gənclərdən Mehman Piriyev, Rəşad Səfərov, Elnarə Heydərova və başqaları çıxış edirlər.
Builki mövsümdə Anarın “Telefon gecələri”, İmir Məmmədlinin “İşıq tozu”, Marsel Bike Mariyenin “Oğru”, Rüstəm İbrahimbəyovun “Qum üzərində ev”, Əziz Nesinin “Toros canavarı” və digər əsərlər tamaşaçılara təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]