İrina Vereşuk: Hazırda Kiyev və Moskva arasında danışıqlar mümkün deyil
Bakı, 23 fevral, AZƏRTAC
Hazırda Ukrayna ilə Rusiya arasında danışıqlar mümkünsüzdür. İndi bizim ən yaxşı diplomatlarımız - əsgərlərimizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, işğal altında olan ərazilər üzrə nazir İrina Vereşuk “El Periodico” qəzetinə müsahibəsində bildirib.
Baxmut şəhərini hələ də tərk etməyən dinc sakinlərin təhlükə altında olduğunu vurğulayan İrina Vereşukun sözlərinə görə, hakimiyyət orqanları əhalini təxliyə etmək istəsə də, qanun onları zorla çıxarmağa və valideynlərinin yazılı razılığı olmadan uşaqları aparmağa imkan vermir. Nazir, həmçinin müharibənin 2023-cü ilə qədər bitəcəyinə ümidvar olduğunu deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı 2022-ci il oktyabrın 4-də qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]