Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki burada Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

Nazir bildirib ki, nəşrdə toplanan tarixi faktlar və arxeoloqların tapıntıları təsdiq edir ki, Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Ulu öndər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı üçün əziz torpaqdır”, Prezident İlham Əliyevin “milli mənəvi dəyərlərimiz bizim üçün üstündür” sözlərini xatırladan nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər də təqdirəlayiqdir.

Diqqətə çatdırılıb ki, bu gün işğal edilən torpaqlarımızda ermənilər mədəni, dini abidələrimizi məhv edərək, mənəvi oğurluqla məşğuldurlar: “Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib. İşğal nəticəsində 23 muzeyimizə məxsus 86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 85 uşaq musiqi məktəbi, 4 teatr, 2 konsert müəssisəsi talan edilərək dağıdılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın çoxəsrlik tarixinin bütün mərhələlərini əks etdirən dövlət qeydiyyatına alınmış 698 tarix-mədəniyyət abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix-mədəniyyət abidəsi düşmən tapdağı altındadır. Bütün bunlar isə bəşəriyyətə qarşı cinayətdir”.

Kitabın məziyyətlərindən danışan nazir söyləyib ki, yeni nəşr “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: “Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqların daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu.

Oxucular bu nəşrdə, həmçinin XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi (“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər (“Pənahəli xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi (“Yenilməz Şuşa”), XIX əsrin mürəkkəb siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi, Rusiya imperiyasının “Parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər. “Əcdadların torpağı uğrunda” fəslində isə XX əsrdə Qarabağın ictimai-siyasi, mədəni mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yaşanan dəhşətli faciələr, işğal altında qalan ərazilərimizdəki abidələrin məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli) haqqında məlumatlar verilib.

Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus və ingilis dillərində təqdim edilir.

Nazir deyib ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan - Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.

Layihənin rəhbəri, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı Qarabağı xaricdə təbliğ etmək üçün fərqli yanaşmaya üz tutduqlarını bildirib. Qeyd edib ki, əsas məqsəd Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü dünya ictimaiyyətinə çatdırmaqdır.

Musa Mərcanlı deyib ki, dörd il müddətində hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə yanaşı, müasir görünüşünü əks etdirən fotolara da yer ayrılıb. Yüksək poliqrafiya mədəniyyətinə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı fotolar və şəkillərlə müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “CAVIAR-PRESS” agentliyi tərəfindən təqdim edilib. Tarixi fotoşəkillər “İRS” jurnalının arxivindəndir. Bütün bunlar yeni nəslə Qarabağ haqqında əsl həqiqətləri çatdırmağa imkan verir. “Kitabda Qarabağın yeni görünüşlərinin yer almasında xarici fotomüxbirlərin də əməyi var. Deyərdim ki, bu kitab bütövlükdə Azərbaycan mediasının qələbəsidir. Biz müəyyən mənada istəyimizə çatmışıq. Azərbaycan, rus və ingilis dilində hazırlanan nəşr bütün dünyaya bir daha Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olacağını sübut edəcək. Kitab sonda çox böyük nikbinliklə - xalqımızın qələbə əzmi ilə yekunlaşır. Bu yöndə işlərimizi məmnuniyyətlə davam etdirəcəyik”, - deyə M.Mərcanlı söyləyib.

“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya təqdim edilməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. Bildirib ki, kitabda tarixi faktlar düzgün ardıcıllıqla yer alıb, keyfiyyətli fotolar təqdim edilib. Onun sözlərinə görə, bu layihə ermənilərlə informasiya müharibəsində əldə etdiyimiz bir qələbədir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Qarabağ haqqında hər bir əsərin yüksək səviyyədə olmasının vacibliyini söyləyib. Deyib ki, təqdimatı keçirilən kitab nəfis şəkildə çap edilib. Münaqişənin başladığı ilk illərdə Şuşaya səfərini və ermənilərin torpaqlarımıza iddiası ilə bağlı qarabağlıların fikirlərini xatırlayan Fərhad Bədəlbəyli heç bir erməninin muğamı, “Qarabağ” şikəstəsini azərbaycanlı kimi oxuya bilməyəcəyini də vurğulayıb. Bildirib ki, bu, Qarabağın kimə məxsusluğunu təsdiq edən faktlardan biridir.

Tədbir konsert proqramı ilə davam edib. Sonda tanınmış və gənc muğam ifaçıları “Qarabağ” şikəstəsini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO