İşəgötürənlər əmək qanunvericiliyində edilmiş yeniliklər barədə məlumatlandırılıblar
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək qanunvericiliyində edilmiş mühüm yeniliklərə dair 300-dən çox işəgötürənin iştirakı ilə vebinar keçirib.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vebinarın Əmək Məcəlləsinə edilmiş və bu ilin yanvar ayında qüvvəyə minən 450-dən çox dəyişikliyi əhatə edən islahat paketinin mahiyyətini işəgötürənlərə çatdırmaq məqsədi daşıyıb.
Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov əmək münasibətlərində yeni yanaşmaları formalaşdıran dəyişikliklər barədə məlumat verib. Bu dəyişikliklərin əmək münasibətlərində şəffaflığının artırılması, işçi hüquqlarının daha effektiv qorunması və işəgötürənlər üçün daha aydın hüquqi çərçivənin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, şöbənin əməkdaşları tərəfindən olunan təqdimatlarda əmək qanunvericiliyə edilən əsas dəyişikliklər, onların tətbiq mexanizmləri, işəgötürənlər üçün praktiki tövsiyələr geniş şəkildə izah olunub.
Vebinar işəgötürənlər tərəfindən maraqla qarşılanıb. Onları maraqlandıran suallar da ətraflı şəkildə cavablandırılıb və real praktiki situasiyalar üzərindən izahlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:17]
Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]