ISESCO martın 15-ni islamofobiya ilə mübarizə günü kimi qeyd etməyi təklif edib
Bakı, 18 mart, AZƏRTAC
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) martın 15-ni islamofobiya ilə mübarizə günü kimi qeyd etməyi təklif edib. Təşkilatın bu addımı Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərdə ibadət edən 50 insanın qətlə yetirilməsi ilə bağlıdır.
Təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin yaydığı bəyanatda qeyd edilir ki, son aylar müsəlmanlara qarşı ekstremist və nifrət çıxışları artmaqdadır. “İslamofobiya artıq hüquqların kobud şəkildə pozulması ilə müşayiət olunan beynəlxalq fenomenə çevrilib, İslam dünyası ölkələrinin hüdudlarından kənarda müsəlmanların təhlükəsizliyi və əmin-amanlığı ciddi təhdid altına düşüb”, - deyə baş katib əlavə edib.
ISESCO-nun baş direktoru hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edərək, onları dünyada sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradan bu ciddi fenomenlə mübarizə ilə bağlı səyləri artırmağa çağırıb.
Əbdüləziz bin Osman əl-Tuveycri BMT-yə Yeni Zelandiyadakı qətliam gününü “İslamofobiya, onun bütün təzahürləri və formalarına qarşı beynəlxalq gün elan etməyi” təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]