İşğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç edəcək 110 fermerə maarifləndirmə təlimləri keçirilir
Bakı, 14 may, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 1110 fermerə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təlimçiləri partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən, Gəncə şəhərində 2 gün davam edən maarifləndirmə təlimlərində iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilir. Həmçinin fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.