İsmayıllı və Qəbələ sakinlərindən odlu silah aşkarlanaraq götürülüb
Bakı, 22 yanvar, AZƏRTAC
İsmayıllı və Qəbələ Rayon Polis şöbələrinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı rayonunun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı təhqiqat aparılır.