İspaniya yığması “Real”ın oyunçuları olmadan hazırlığa başlayacaq
Bakı, 8 may, AZƏRTAC
İspaniya yığması 2018-ci il Dünya Çempionatına hazırlığın yekun mərhələsinə mayın 28-də başlayacaq. Təlim-məşq toplanışı Kiyevdə Çempionlar Liqasının final oyunundan cəmi iki gün sonra təşkil olunacağından “Real”ın oyunçuları iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, Xulen Lopetegi ilə İspaniya Kral Futbol Federasiyasının idman direktoru Fernando Yerro arasında keçirilən görüşdə müraciətin mayın 18-i saat 13.00-da səsləndiriləcəyi, 10 gündən sonra isə oyunçuların məşq düşərgəsində yığılacağı bildirilib.
Təlim-məşq toplanışından sonra İspaniya yığması iyunun 7-də Krasnodara, DÇ-2018-in yerləşdiyi bazaya yollanacaq. Dünya çempionatı matçlarınadək ispanlar iyunun 3-də Vilyarrealda İsveçrə yığması ilə yoldaşlıq oyunu keçirəcəklər. Məşqçi bu matçda “Real”ın oyunçularının iştirak etməyəcəyini təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]