İSPANİYADA BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 2-dən 7-dək İspaniyanın Barselona, Jirona və San-Feliu şəhərlərində Beynəlxalq musiqi festivalı keçirilmişdir.
Gənc dirijor, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaudçüsü Eyyub Quliyev Azərbaycanı ilk dəfə olaraq bu mötəbər musiqi forumunda təmsil etmişdir. Festival çərçivəsində keçirilən konsertlərdə o, İspaniyanın məşhur Kadakes simfonik orkestrinə rəhbərlik etmişdir. Böyük dinləyici marağına səbəb olmuş bu çıxışlar zamanı klassik musiqi nümunələri səslənmişdir.
İspaniyanın Mədəniyyət Nazirliyi və Kadakes simfonik orkestri tərəfindən təşkil olunmuş festivalda dünyanın müxtəlif ölkələrindən 70-dək musiqiçi iştirak etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]