İspaniyada dəmiryolçuların tətili ucbatından 320 qatar reysi ləğv edilib
Madrid, 15 iyul, AZƏRTAC
Bu gün İspaniyada dəmiryolçular tətil edir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 320 qatar reysi ləğv olunub.
Şəhərətrafı qatarlar adəti üzrə daşımaların sayının yalnız 75 faizini, orta uzaqlığa gedən qatarlar - 65 faizini, yüksəksürətli AVE heyəti isə 72 faizini həyata keçirəcəklər.
İşçilər “Renfe” dövlət dəmir yolu şəbəkəsinin kadr siyasətindən narazıdırlar. Onların sözlərinə görə, rəhbərlik yeni iş yerləri açmaq əvəzinə mövcud ştatların üzərinə əlavə vəzifələr qoyur. Onlar əmək şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]