İSPANİYANIN SABİQ BAŞ NAZİRİ ÖZ ÖLKƏSİNİN TARİXİNDƏN BİXƏBƏR İMİŞ...
Sabiq Baş nazirin iddiasına görə, “İspaniya ilə “Əl-Qaidə” arasında qarşıdurma hələ VIII əsrdə, ərəblərin Pireney yarımadasını zəbt etdiyi dövrdə başlanmışdır”.
Asnarın tənqidçiləri deyirlər ki, o, öz ideyasını “sivilizasiyaların toqquşması” nəzəriyyəsini irəli sürən amerikalı politoloq Hattinqtondan əxz etmişdir.
Görkəmli siyasətçi Qaspar Lyamasares bildirmişdir ki, “sabiq Baş nazir tarix haqqında biliklərini Franko diktaturası dövründəki ifrat millətçilik ideyalarını təbliğ edən məktəb dərsliklərindən götürmüşdür”. Ona görə də bilmir ki, ərəblər İspaniya mədəniyyətinə olduqca böyük töhfə vermişlər və bu töhfə həmin mədəniyyətin xarakterini və özünəməxsusluğunu indiyədək müəyyənləşdirir.
“KadenaSER” radiostansiyası Asnarın mühazirəsini şərh edərək, dinləyicilərindən istehza ilə soruşmuşdur: “Belə “orijinal” baxışlara malik və seçkilər ərəfəsində əlində çox böyük imkanları olan, amma üç gündə onları əldən verən və sarsıdıcı məğlubiyyətə uğrayan adamdan tələbələr nə öyrənə bilərlər?”
Madriddə çıxan “El Mundo” qəzeti yazır ki, Asnar Corctaun Universitetində Atlantika siyasətinə dair mühazirələr oxuyacaq və seminarlar keçirəcəkdir. O, ilk mühazirəsini ingilis dilində oxumuşdur, halbuki bu dili cəmi bir il əvvəl, özü də fasilələrlə öyrənməyə başlamışdır.