İSRAİL QƏZETİ ABŞ-IN İRAQA QARŞI HƏRBİ ƏMƏLİYYATLARI BARƏDƏ
ABŞ İraqa qarşı noyabr ayının sonundan gec olmayaraq hərbi əməliyyatlara başlayacaq və bu əməliyyatları bir neçə həftə ərzində başa çatdırmaq fikrindədir. İsraildə çıxan “Maariv” qəzeti bu xəbəri İsrail ərazisində Amerika hərbi sursat anbarlarını təftiş edən yüksək vəzifəli amerikalı zabitlərə istinadən vermişdir.
Onların sözlərinə görə, hərbi kampaniya təyyarələrdən güclü zərbələr endirməklə və dənizdən İraq ərazisini atəşə tutmaqla başlanacaqdır. Sonra Səddam Hüseyni devirmək məqsədi ilə yerüstü əməliyyat başlanacaqdır. Amerikalılar bunu da istisna etmirlər ki, İraq liderinin olduğu yeri dərhal dəqiq müəyyən etmək mümkün olmazsa, əməliyyatların müddətini uzatmaq lazım gələcəkdir.
İTAR-TASS xəbər verir ki, qəzetin məlumatına görə, Vaşinqton İraqın İsrailə raket zərbələri endirməsinə yol verməmək üçün əlindən gələni edəcəyini vəd etmişdir. İsraillilərə belə bir zəmanət də verilmişdir ki, antiiraq kampaniyasının başlanması vaxtı onlara əvvəlcədən xəbər veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]