DÜNYA
İsrail Qəzzada yeraltı tunelləri araşdırmaq üçün kiçik dronlardan istifadə edir
Bakı, 30 dekabr, AZƏRTAC
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının yaraqlılarının istifadə etdiyi tunelləri araşdırmaq üçün kiçik dronlardan fəal şəkildə istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail əsgərləri əvvəlcə Qəzza zolağında tunelləri kəşf etməyin müxtəlif üsullarını sınaqdan keçiriblər: robotlar, robot itlər və canlı itlər. Bununla belə, onlar tez bir zamanda belə qənaətə gəldilər ki, dronlar yeraltı labirintləri araşdırmaq üçün ən ucuz və effektiv variantdır.
Hərbçilər hazırda kiçik dronlarından istifadə edirlər. Qurğular onlayn rejimdə ərazinin rəqəmsal üçölçülü modelini yaradan xüsusi kameralarla təchiz olunub. Bu texnologiya sayəsində otaqlarda və yeraltı tunellərdə daha rahat uça bilirlər. Qəzet qeyd edir ki, bəzi pilotsuz uçuş aparatlarından kiçik miqdarda partlayıcı maddə daşıya bildiyi üçün hədəfə zərbələr endirmək məqsədilə də istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]