İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb
Bakı, 3 dekabr, AZƏRTAC
İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb, onlar anklavın şimal hissəsində olduğu kimi intensivliklə aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərlə görüşündə deyib.
O qeyd edib ki, Qəzza zolağında əməliyyat fasiləsinə qədər İsrail hərbçiləri HƏMAS təşkilatı ilə əlaqəli fələstinli radikalların iki briqadasını qismən məhv edib və hazırda İsrail ordusunun 162-ci diviziyası bu nailiyyətləri ölkənin şimal hissəsində möhkəmləndirməyə davam edir.
O, İsrail ordusunun qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib. “Bizim bunu ən əsaslı şəkildə etmək imkanımız var və bunu Qəzza zolağının şimalında güclü və hərtərəfli etdiyimiz kimi, indi də Qəzza zolağının cənubunda edirik və biz möhkəmlənməyə davam edəcəyik”,- deyə o, bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]