İstanbulda “Erməni məsələsi” - doqquz suala doqquz cavab” kitabı nəşr edilmişdir
İstanbul, 28 aprel (AZƏRTAC). “Aydınlar ocağı” Anadolu bölməsinin himayədarlığı ilə “Erməni məsələsi” - doqquz suala doqquz cavab” kitabı çapdan çıxmışdır. “Aydınlar ocağı”nın rəhbəri, İstanbul Universitetinin professoru Mustafa Erkalın ön söz yazdığı kitabda erməni millətçilərinin və din xadimlərinin ortaya atdıqları uydurma “Böyük Ermənistan” iddiasının tarixinə və müasir dövrdə onun ətrafında aparılan müzakirələrə elmi əsaslarla cavab verilir. Faktlar əsasında sübut olunur ki, “Böyük Ermənistan” dövlətinin mövcudluğu, “erməni məsələsi”, “erməni soyqırımı” və s. məqamlar zaman-zaman ermənilərin uydurduqları əsasız mövzulardır. Diqqətə çatdırılır ki, əslində erməni millətçiləri və din xadimləri kitabda qeyd olunan doqquz sualla özləri özlərini elə dolaşdırmışlar ki, bu suallara cavab vermək iqtidarında deyillər. Ermənilərin əsasız ərazi iddiaları, erməni mədəniyyəti ilə bağlı ortaya atılmış müzakirələrdən belə çıxır ki, onların bütün qitələrdə dövlətləri olmuşdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]