İSTANBULDA HƏMRƏYLİK GÜNÜ QEYD EDİLMİŞDİR
Dekabrın 29-da İstanbuldakı 131 nömrəli “Vəfa” litseyinin böyük salonunda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təntənəli toplantı keçirilmişdir.
Azərbaycanın İstanbuldakı konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, toplantını respublikamızın təhsil müşaviri Nəcibə Nəsirova açaraq Azərbaycan Prezidenti Heydər Əliyevin “Dünya azərbaycanlılarına müraciəti”ninin mətnini oxumuşdur.
Azərbaycanın İstanbuldakı baş konsulu Xeyrəddin Qoca çıxış edərək toplaşanları Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik etmiş, indiki zamanda azərbaycanlıların daha həmrəy olmasının vacibliyini vurğulamış, Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından danışmışdır.
Çıxış edən natiqlər də bayramlar münasibətilə təbriklərini söyləmiş, “bir xalq, iki dövlət”in həmrəyliyi və dostluğundan söhbət açmışlar.
Mərasim geniş konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]