İstanbulda Türkiyə və Azərbaycan iş adamlarının toplantısı olmuşdur
İstanbul, 12 may (AZƏRTAC). Türkiyənin Xarici İqtisadi Əlaqələr Kurulu nəzdində fəaliyyət göstərən Türk-Azərbaycan Biznes Şurası İstanbuldakı Ləvənt Biznes Qülləsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının iştirakı ilə toplantı keçirmişdir. Toplantıda iki qardaş ölkənin biznes qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türk-Azərbaycan Biznes Şurasının sədri Çingiz Gül və ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov hər iki ölkə rəhbərliyinin iqtisadi-ticari əlaqələrin güclənməsinə verdiyi böyük əhəmiyyətdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, bu il aprelin 15-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan Biznes Forumunda da vurğulandığı kimi, cari ildə iqtisadi əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. 2011-ci ilin ilk iki ayında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları keçmişdir. İlin sonunadək bu rəqəmin 3 milyard dollara çatacağı gözlənilir. Başqa proqnozlara görə, tərəflərin böyük potensialı nəzərə alınaraq, ticarət dövriyyəsi 5 milyard dollara da yüksələ bilər. Bütün bunlar iki ölkənin rəhbərliyinin və sərmayədarlarının səyləri nəticəsində mümkün olmuşdur.
Azərbaycan və Türkiyənin müxtəlif şirkətlərinin rəhbərləri şam süfrəsi arxasında konkret əməkdaşlıq layihələrini də müzakirə etmiş, yeni təkliflərini səsləndirmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]