İSTEDADLI GƏNCLƏR MÜKAFATLANDIRILMIŞDIR
Bakı, 21 oktyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən qaçqın və məcburi köçkün uşaq və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov, Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatları və digər əlaqədar orqanların rəhbər işçilərinin iştirak etdiyi tədbirdə istedadlı gənclər qalib adı uğrunda mübarizə aparmışlar.
Azad Rəhimov bildirmişdir ki, 20 ildən artıqdır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Bu münaqişədən ən çox zərər çəkmişlər arasında gənclər üstünlük təşkil edir.
A.Rəhimov demişdir ki, GİN sosial müdafiyəyə ehtiyacı olan gəncləri daim diqqət mərkəzində saxlayır və onların problemlərinin həllinə lazımi kömək göstərir. Belə ki, əlaqədar dövlət qurumları və ictimai təşkilatlarla birgə qaçqın və məcburi köçkün gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması, yaradıcılıq potensiallarının üzə çıxarılması məqsədi ilə bir sıra layihələr həyata keçirilir.
Bu müsabiqənin keçirilməsinin məqsədi də qaçqın və məcburi köçkün gənclərimizin yaradıcılıq potensialını aşkar etmək, onların gələcək inkişafı üçün lazımi şəraiti yaratmaqdır.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]