İsveç Gənc Azərbaycanlıları Təşkilatı krallığın hökumətinə açıq məktub ünvanlayıb
Stokholm, 6 aprel, Rauf Əliyev AZƏRTAC
SUAZ - İsveç Gənc Azərbaycanlıları təşkilatı, fəaliyyət göstərdiyi ölkənin hökumətinə, Kütləvi İnformasiya Vasitələrinə və Xarici İşlər Nazirliyinə açıq məktub ünvanlayıb.
Məktubda bildirilib ki, son günlərdə dünya ictimaiyyətinin diqqəti, 1994-cü ildə qəbul olunan atəşkəsdən bəri yenidən toqquşmalarla müşahidə olunan Dağlıq Qarabağ münaqişəsinə yönəlib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin erməni silahlıları tərəfindən işğalı ilə nəticələnən müharibənin törətdiyi dəhşətli fəsadlar, 1 milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından qovulduğu, habelə baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən qınanıldığı vurğulanıb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı dayandırması, öz qoşunlarını işğal olunmuş ərazilərdən şərtsiz çəkməsi və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaratması haqqında qəbul etdiyi 4 qətnaməsi də diqqətə çatdırılıb.
Avropa Şurası Parlament Assambleyasının “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişə” adlı 1416 saylı qətnaməsi də məktubda qeyd olunub. Vurğulanıb ki, bu qətnamə Azərbaycan ərazilərinin işğal faktını təsdiqləyən sənəd qismində belə istifadə oluna bilər.
Məktubda deyilir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri almaq hüququ heç bir başqa faktorlarla əlaqələndirilməməlidir”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]