İsveçrənin Lozanna Universitetinin professorları BSU-da mühazirə oxuyacaqlar
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Lozanna Universitetinin slavyan dilləri kafedrasının müdiri, dilçi alim Patrik Serio və həmin universitetin ümumi dilçilik kafedrasının professoru Morteza Maxmudiana Bakı Slavyan Universitetində (BSU) olmuşlar.
Bakı Slavyan Universitetindən AZƏRTAC-a bildirmişlər ki, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxış edərək, universitetlər arasındakı əlaqələrin əhəmiyyətindən danışmışdır.
Görüşdə Lozanna Universiteti ilə BSU arasında əməkdaşlıq müqaviləsinin müddətinin uzadılması barədə razılıq əldə edilmişdir.
İsveçrəli alimlər mayın 17-18-də BSU-da “Linqvistik utopiyalarda dil obrazı”, “Linqvistika elm kimi”, “Avropada dil və millət: eksplissistik və inplissistik”, “Sovet İttifaqında Sössür resepsiyası”, “Dil, təşəkkür və cəmiyyət”, “Voloşinov: ifadə olunmuş söz və işarələrin ikili təbiəti”, “Lyubişşev, Tartu-Moskva semiotika məktəbi və üzvi bütövlük anlayışı” mövzularında mühazirələr oxuyacaqlar.
Qeyd edək ki, Lozanna Universiteti ilə BSU arasında 2006-cı ildə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi-metodik vəsaitlərin hazırlanması barədə razılaşma əldə edilmişdir. İmzalanmış müqavilə çərçivəsində BSU-nun bir qrup əməkdaşı Lozanna Universitetində, Lozanna Universitetinin bir neçə tədqiqatçısı BSU-da təcrübə keçmiş və elmi araşdırmalar aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]