İtaliya mətbuatında Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri geniş işıqlandırılmışdır
Roma, 2 may (AZƏRTAC). İtaliya mətbuatında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri geniş işıqlandırılmışdır.
Yazılarda qeyd olunur ki, səfər çərçivəsində T.Qaraşov Çerveteri şəhərinin meri Alessio Paskuççi ilə görüşmüşdür. Bildirilir ki, Azərbaycanın Lənkəran və İtaliyanın Çerveteri şəhərlərinin dostluq əlaqələrinin möhkəmləndirilməsinə dair sənədin imzalandığı görüşdə şəhərlər arasında daha sıx əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılmışdır.
A.Paskuççinin fikirlərinə yer verilən məqalələrdə Azərbaycan ilə İtaliya arasındakı yüksək səviyyəli əlaqələrdən bəhs olunur. Oxucuların diqqətinə çatdırılır ki, Lənkəran və Çerveteri şəhərlərinin dostluğuna dair imzalanan sənəd hər iki ölkənin regionlarının tərəqqisinə töhfə verəcəkdir.
Məqalələrin tam mətnlərini aşağıdakı linkdə oxumaq olar:
http://www.terzobinario.it/cerveteri-e-lankaran-due-citta-lontane-ma-mai-cosi-vicine/38891
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]