İtaliya Prezidenti Volodimir Zelenski ilə görüşüb
Roma, 10 yanvar, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.
Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib. Qeyd edib ki, Ukraynaya İtaliya Prezidenti sonuncu dəfə 25 il əvvəl səfər edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Romaya səfəri çərçivəsində ötən gün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşmüşdü.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:41]
Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb
- 27.10.2026 [12:38]
Qazaxıstan yerli dron istehsalını genişləndirəcək
- 27.10.2026 [12:21]
Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var
- 27.10.2026 [12:20]
Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb
- 27.10.2026 [12:02]
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]