İtaliyada Vezuvi vulkanının virtual sərgisi nümayiş olunur
Roma, 16 iyul, AZƏRTAC
İtaliyada vulkan püskürməsi nəticəsində qədim Roma şəhərlərinin - Pompeyin, Herkulanumun, Stabiyin və Oplontisin lava və kül altında qalaraq məhv olmasından 1940 il sonra ölkənin Erkolano şəhərində yerləşən Virtual Arxeologiya Muzeyində (MAV) “Vezuvi qutuda” adlı sərgi açılıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, multimedialı bədii şou sərgisi Neapol bədii qalereyasını təmsil edən italyan Cennaro Reqina tərəfindən təşkil edilib.
Kurator Luka Beatris sərgiyə gələnlərə 60 metrlik LED videodivarlarda art-instalyasiyaların nümayişi də daxil olmaqla, 22 sənət əsəri vasitəsilə Vezuvi vulkanının püskürməsi hadisəsini danışır. Ziyarətçilər burada Vezuvinin istənilən mənzərəsinə tamaşa edə bilərlər.
Sentyabrın 30-dək davam edəcək “Vezuvi qutuda” sərgisi həftənin bütün günləri (saat 10:00-dan saat 18:30-adək) ziyarətçilərə açıqdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]