İtaliyalı gimnast: Bakıdakı dünya kuboku turniri gərgin rəqabət mühitində keçir
Bakı, 27 aprel, AZƏRTAC
Dünya kubokundakı çıxışımdan razı qaldım. Bu dəfə bəzi hərəkətləri daha dəqiq yerinə yetirdim. Düşünürdüm ki, mükafatlar uğrunda mübarizə rahat olacaq. Dünya kuboku gərgin rəqabət mühitində keçir. Son vaxtlar bir sıra ölkələrdə gimnastika daha çox inkişaf edib. Buna görə də daim uğurla çıxış etmək üçün öz üzərimizdə yorulmadan çalışmalıyıq.
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda mübarizə aparan İtaliya yığmasının üzvü Milena Baldassarri AZƏRTAC-a müsahibəsində deyib.
Möhtəşəm Milli Gimnastika Arenasının belə mötəbər yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl məkan olduğunu deyən gimnast vurğulayıb. “Yarışların yüksək səviyyədə təşkili gimnastlara imkan verir ki, öz potensiallarından maksimum istifadə edə bilsinlər. Milli Gimnastika Arenası bu cür nüfuzlu yarışların keçirilməsi üçün ideal məkandır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]