Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyalı professor: Rəsmi Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır

İtaliyalı professor: Rəsmi Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır

Roma, 13 iyun, AZƏRTAC

Rəsmi Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Geopolitica.info” analitik-informasiya portalında dərc olunan məqaləsində yer alıb.

İtaliyalı professor “Azərbaycan: sülh və Qarabağın yenidən qurulması haqqında söhbət” adlı məqaləsində birinci Qarabağ müharibəsində beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin və digər yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın düşdüyü qeyd olunub. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan BMT-nin işğala son qoymağa çağıran, öz suverenliyinin bərpasını və qaçqınların geri qaytarılmasını tələb edən 1993-cü il tarixli dörd qətnaməsini yerinə yetirməyi seçdi. 44 günlük müharibə 1990-cı illərin əvvəlləri ilə müqayisədə qüvvələr balansının Azərbaycanın xeyrinə tamamilə dəyişməsi sayəsində Ermənistanın aşkar məğlubiyyəti ilə başa çatdı.

“2020-ci ildə imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat isə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu. Üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan çox vaxt keçəndən sonra sülh və əməkdaşlıq prosesi necə gedir? Çox iş görülüb, hələ görüləsi çox iş var və aradan qaldırılmalı çoxlu problemlər var. Rəsmi Bakı indiyə qədər bölgədə yenidənqurmanın baş qəhrəmanı olub. Azərbaycan qalib tərəfdir, daha çox maliyyə resurslarına malikdir. Azərbaycanın beynəlxalq cəlbediciliyi şübhəsiz ki, təcrid olunmuş və kasıb Ermənistandan daha böyükdür. İlk növbədə, bölgədə bir çox infrastruktur işləri həyata keçirilib. Rekord müddətdə Azərbaycanın Füzuli şəhəri yaxınlığında regionun ilk beynəlxalq hava limanı tikilib və ən azı daha iki aeroportun inşası davam edir. Füzuli ilə Şuşa şəhəri arasındakı avtomobil yolunun tikintisi də eyni sürətlə başa çatdırılıb. Bu yol 30 illik yoxsulluq və təcriddən əziyyət çəkən bölgədə böyük ticarət və turist axını üçün nəzərdə tutulmuş arteriya rolunu oynayacaq. Bundan başqa, Şuşa şəhəri yenidən qurulur. XVIII əsr qala divarları ilə əhatə olunmuş bu dağlıq şəhər həmişə yazıçılar, rəssamlar və ziyalıların doğulduğu və formalaşdığı yer kimi Azərbaycanın mədəniyyət paytaxtı hesab edilib. Erməni işğalı nəticəsində xarabalığa çevrilmiş Şuşa hazırda infrastruktur, yaşayış, turizm və mədəniyyət sahələrinə böyük sərmayələr qoyularaq yenidən qurulur. Lakin bütün yenidənqurma və birləşdirici layihələr, məsələn, Azərbaycan, Ermənistan və Türkiyə arasında qurulacaq Zəngəzur dəhlizinin inkişafı bölgədə ən böyük təhlükə - piyada əleyhinə minalar zərərsizləşdirilmədən həyata keçirilə bilməz. Azad edilmiş ərazilərin hər qarışı işğal dövründə beynəlxalq konvensiyalarla qadağan edilmiş öldürücü qurğularla örtülüb. Azərbaycan tərəfindən həmin ərazilərdəki minalar hər gün zərərsizləşdirilir. Lakin piyada əleyhinə minaların sayı o qədər çoxdur ki, əməliyyat illərlə davam edə bilər”, - deyə məqalədə bildirilir.

Müəllif yazısında qeyd edir: “Çətinliklərə baxmayaraq, tərəflər arasında sülh prosesi irəliləyir və Avropa İttifaqı bu məsələdə fəal rol oynayır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə artıq bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Danışıqlar masasında çoxlu məsələlər var: dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında nəqliyyat və kommunikasiya yollarının açılması, sülh sazişinin imzalanması. Artıq iki tərəfin müvafiq komissiyalarının üzərində işlədiyi bu məsələlər ölkələr arasında münasibətlərin normallaşmasına və regionun sabitləşməsinə gətirib çıxara bilər. İyul-avqust aylarına qədər Avropa İttifaqının təklif etdiyi formatda iki ölkənin rəhbərinin yenidən görüşü olacaq. Həmin görüşdə sülh danışıqlarının ilkin qiymətləndirilməsi ilə bağlı yekun qiymət verə biləcəyik”.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Soyqırımı Memorial Kompleksində açılan "Mələklərin fəryadı" sərgisini 8 mindən çox ziyarətçi izləyib

Azərbaycan-Macarıstan münasibətləri Cənubi Qafqazla Mərkəzi Avropa arasında strateji əməkdaşlıq nümunəsi kimi göstərilə bilər - ŞƏRH

Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır

Mərkəzi Bank kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb

Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir

Pənah Musayev: Kibersuverenliyin təmin edilməsi milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib

AKİ-nin maliyyə ayırdığı layihə BelDocs Pitçinq Forumunda iştirak edəcək

Deputat: Azərbaycan-Macarıstan əlaqələri çoxşaxəli tərəfdaşlığa əsaslanır

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

ADY nümayəndələri “Çin–Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib  YENİLƏNİB - 4  VİDEO

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib  YENİLƏNİB - 4 VİDEO

® “Kapital Bank” Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb

Ötən il ehtiyatsızlıqdan vətəndaşların bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq yarışlarda medal qazanmış Azərbaycan velosipedçiləri mükafatlandırılıb

YAP Veteranlar Şurası ilə “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi arasında görüş olub

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

AzMİ nümayəndələri Polşada beynəlxalq konfransda iştirak ediblər

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib

Ev heyvanları saxlayanların nəzərinə: Mövsümə uyğun olaraq profilaktik vaksinasiya və antiparazitar müalicələr aparılmalıdır

Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub

Yevlax Pilot Aqroparkın rezidenti Dağıstanda zeytun bağı salacaq

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

AQUPDK-nin 2024-cü il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

DİM: 11-ci sinif buraxılış imtahanları üzrə narazılıq ümumi iştirakçıların 9.53 faizini təşkil edir

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb VİDEO

Xaçmazda güclü külək ağacı yaşayış evinin üstünə aşırıb VİDEO

Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Premyer Liqada sonuncu turun hakim təyinatları açıqlanıb

“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib

Şərqşünaslıq İnstitutunun yeni nəşri: “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”

Dağ Yəhudiləri İcmasının sədri: Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyin nümunəsidir

BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib

“Dinamo Kiyev” tanınmış hücumçusu ilə müqaviləni yeniləyib

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib

Gürcüstanda qəhrəman Azərbaycan kəndi – Qaçağan

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

İcraçı direktor: Uğurla həyata keçirilən multikulturalizm siyasəti mühüm nəticələr verir

Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO

Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib VİDEO

Ötən il Almaniyada 200 minə yaxın şirkət fəaliyyətini dayandırıb

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib VİDEO

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib VİDEO

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

İmamverdi Həmidov: Multikulturalizm siyasətinin uğurları beynəlxalq səviyyədə tanınır

XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib

Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Mütəxəssis: Açıq sınıqlar travmatologiyada təcili müdaxilə tələb edən haldır

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında növbəti sessiya keçirilib

Koreyalı tədqiqatçı: Azərbaycan Avrasiya regionunda sülhün qurulmasında böyük rol oynayır

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır

Media: Apreldə Avropadan ABŞ-a işgüzar səfərlər 26 faiz azalıb

Ombudsmanın fəaliyyəti çərçivəsində bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlanıb

Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib

AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib

“Qalatasaray” tanınmış hücumçusu ilə vidalaşacaq

Sergey Lavrov: Ermənistan Azərbaycanın rayonlarını uzun müddət işğal etmək üçün Rusiya silahlarından istifadə edib

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq

İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib

Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür

Bakıda “Çin dili körpüsü” müsabiqəsinin finalı keçirilir VİDEO

Bakıda “Çin dili körpüsü” müsabiqəsinin finalı keçirilir VİDEO

Gəncə Dövlət Filarmoniyasında “Biz dünyayıq” adlı konsert proqramı təqdim olunacaq

Fransada taksi sürücüləri etiraz aksiyası keçirir - polislə toqquşma olub

Emin Ağalarov “Dream Fest”də yeniliklər, tədbirin büdcəsi və yeni layihələr barədə danışıb

Rumıniyanın yeni seçilmiş prezidenti Ukraynaya qoşun göndərmək fikrində deyil

FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirilib VİDEO

FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirilib VİDEO

Himayədar ailələrlə görüş təşkil edilib

Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir ŞƏRH

Azərbaycan-Macarıstan oyununu belaruslu hakim idarə edəcək

Böyük Britaniyada ilk dəfə Qərbi Nil virusu daşıyan ağcaqanadlar aşkar edilib

AQC Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq sazişi imzalayıb

Dünya çempionatı: İngiltərə Ukraynanı böyük hesabla məğlub edib

Ali Məclisin növbəti plenar iclası keçirilib

COP29 Sədrliyi Panamada İqlim Həftəsində ölkəmizi təmsil edir

Panama XİN kanalın neytrallığını təsdiqləyir

UNEC-in Kitabxana-İnformasiya Mərkəzi 95 illik elm, təhsil, bilik və informasiya mənbəyi kimi

Davud Rüstəmov: Əhəmiyyət kəsb edən məlumatların sızmasında qlobal statistikalara əsasən 10 faiz artım olub

“Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib VİDEO

Prezident İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib VİDEO

Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

BDYPİ: Sükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir

Bakıda Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ciu-citsu üzrə turnir keçirilib

Dünya çempionatı: Portuqaliya Bakıda qələbəyə sevinib

“Zirə” azarkeşlərinə, “Şamaxı” isə futbolçularına görə cərimələnib

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?