İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb
Belqrad, 3 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloninin Serbiyaya səfəri çərçivəsində paytaxt Belqradda Prezident Aleksandar Vuçiçlə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə liderlər Roma və Belqrad arasında ikitərəfli münasibətləri, eləcə də Avropa və beynəlxalq müstəvidə siyasi mövzuları müzakirə ediblər.
Həmçinin Serbiya və Kosovo arasında münasibətlər, Ukraynadakı müharibə görüşün əsas müzakirə mövzularından olub.
Ciorcia Meloni İtaliyaya gələn miqrant axınının tranzit keçdiyi Balkan ölkələri ilə koordinasiyanın və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda, Qərbi Balkan regionu ökələrinin Avropa İttifaqına inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
İki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]