İYULUN 17-DƏN BAKI-XARKOV SƏRNİŞİN QATARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) iyulun 17-dən etibarən Bakı-Xarkov marşrutu ilə hərəkət edən sərnişin qatarına əlavə vaqonlar artırır.
ADDY-dən bildirmişlər ki, vaqonların sayının artırılması qeyd olunan istiqamətdə sərnişin axınının çoxalması ilə əlaqədardır. Əlavə vaqonların sayı tələbata uyğun olaraq müəyyənləşdiriləcəkdir.
Bakı-Xarkov sərnişin qatarı Bakıdan həftədə bir dəfə - IV gün, yerli vaxtla saat 23:30-da yola düşür.
Sərnişin artımı nəzərə alınaraq iyulun 19-dan Bakı-Moskva marşturu üzrə reyslərin sayı da artırılacaqdır. Bakı-Moskva sərnişin qatarı isə Bakıdan həftədə 4 dəfə - I, III, V və VI günlər yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]