İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb
İstanbul, 30 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İzmir şəhərində İŞİD üzvlərinin saxlanılması istiqamətində keçirilən növbəti əməliyyat nəticəsində terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun terror cinayətlərinin araşdırılması bürosu tərəfindən aparılan tədqiqat nəticəsində şəhərdə keçmişdə İŞİD tərəfindən Suriya ərazisində fəaliyyət göstərmiş 15 suriyalı və terror təşkilatının təbliğatını aparan iki nəfərin olduğu müəyyən edilib.
Keçirilən əməliyyat nəticəsində bu şəxslərdən 16-sı ələ keçirilib, digər bir nəfərin saxlanılması istiqamətində araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]