Jan–Fransua Mansel: Biz Fransa-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə öz töhfəmizi verəcəyik
Bakı, 12 may (AZƏRTAC). Bu, mənim Azərbaycana ilk gəlişimdir. Azərbaycanı bu ölkənin birinci xanımı Mehriban Əliyevanın sayəsində daha yaxından tanımağa başlamışam. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə təşkil edilmiş mədəni proqramlar çərçivəsində ölkəniz və onun dünyanı heyran qoyan iqtisadi inkişafı haqqında məlumatlarla yaxından tanış olmuşam. Azərbaycan məni ovsunlayan bir ölkədir.
Bu sözləri ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci və Heydər Əliyev Fondunun təsis edilməsinin 7-ci ildönümləri münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən Fransa Milli Assambleyasının maliyyə məsələləri üzrə komissiyanın üzvü Jan - Fransua Mansel AZƏRTAC-a müsahibəsində demişdir.
Azərbaycanda olmağından şərəf duyduğunu deyən J.F.Mansel bildirmişdir ki, dünya miqyasında tanınmış, bütün böyük şəxsiyyətlərin qibtə ilə baxdığı bu fenomenal dühanın - Heydər Əliyevin bacarığı, şücaəti, müdrikliyi məni heyran edir. Bu gün onun doğum gününə həsr edilmiş mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Biz Azərbaycan-Fransa münasibətlərinin daha da dərinləşməsinə öz töhfəmizi verəcəyik. Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]