Jan–Pol Dupre: Azərbaycan gələcəyə doğru istiqamət götürmüş bir ölkədir
Bakı, 14 may (AZƏRTAC). Bu, mənim Azərbaycana ilk gəlişimdir. Çox cəlbedici ölkədir, xüsusilə Azərbaycan öz iqtisadi artımı ilə diqqəti çəkir. Ölkəniz 2006-2007-ci illərdə iqtisadi artıma görə dünya rekordu qazanmışdır. Mən həmişə bu paradoksla maraqlanmışam. Münasibətlərin inkişaf etdirilməsi baxımından heç də asan olmayan, bir növ qapalı vəziyyətdə yaşayan Ermənistan və digər qonşu ölkələrin arasında anklav vəziyyətində olan Azərbaycan bütün dünyaya son dərəcə açıq bir ölkədir.
Bu sözləri Bakıda səfərdə olan Fransa Milli Assambleyasının beynəlxalq əlaqələr komissiyasının üzvü Jan-Pol Dupre AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Fransalı deputat demişdir ki, məhz görkəmli şəxsiyyət Heydər Əliyev Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası üçün yaxşı zəmin yaratmışdır. Müstəqilliyinin ilk illərində ölkəni ağır iqtisadi böhrandan çıxaran bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirmişdir.
Ölkənin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh və beynəlxalq hüquq normaları əsasında həllində bu böyük şəxsiyyətin göstərdiyi cəsarət, müdriklik və qətiyyət məni heyran edir. Bu mövqe Azərbaycanın gələcəyə doğru istiqamət götürmüş, daha çox gələcəklə maraqlanan bir ölkə olduğunu göstərir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev böyük öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı kimi çox doğru yol tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]