Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kainatla Allah arasında insanın yeri

Bakı, 26 oktyabr, AZƏRTAC 

XIV-XV əsrlərdən bəri insanlar Seyid İmadəddin Nəsiminin sirli deyim təsiri bağışlayan şeirlərinə heyran olublar. Elə buna görə də onların bir qismi özündə onun kəlamlarını açmaq qüdrəti olduğuna inanmış və inandırmaq istəmişlər. Çox zaman Nəsiminin düşüncəsi özünütəsdiq vasitəsi kimi istifadə olunub. Amma Nəsimini şairin deyil, tədqiq edənin öz bilik səviyyəsinə uyğun təhlil və tədqiq cəhdi nəticə etibarilə elmi əsası olmayan, ciddi özül üzərində durmayan təhrifli düşüncələrə yol açır. Belə bir yanılma və yanıltmalara Nəsiminin insan fəlsəfəsini, eləcə də onun görüşlərində insanın yerini tədqiq etdikdə rast gəlirik. Qeyd etməliyik ki, Azərbaycan ədəbi və fəlsəfi fikir tarixində xüsusi yeri olan Nəsiminin poetik-fəlsəfi yaradıcılığının siyasi ideologiyaya uyğun öyrənilməsinin əsası orta əsrlərdən qoyulsa da, XX əsr Azərbaycan elmi mühitində tendensiyalılıq daha ön plana keçdi. Bu tərzdə məqsədyönlü və birtərəfli yanaşma isə tədqiqatların çoxunda şairin dünyagörüşü, fəlsəfi əqidəsi, təsəvvüf və irfan barədə düşüncəsi ətrafında fikir dolaşıqlığı yaratdı... Bu mübahisəli məqamlardan biri də şairin humanizmlə əlaqələndirilməsində özünü göstərir. Məlum olduğu kimi, İntibah dövrü fəlsəfəsi insanı bir canlı varlıq olaraq müstəqil subyekt kimi öyrənir. Lakin Nəsiminin fəlsəfi görüşləri orta çağ İntibah dövrü filosoflarının dünyagörüşündən fərqli şəkildədir: mütəfəkkirin insana baxışı insanmərkəzli deyil, irfani-dini düşüncəsinə uyğun olaraq, Allahmərkəzlidir. Şairə görə, insana ali məqam qazandıran ilahi ruhudur. Ümumiyyətlə, onun diqqət mərkəzində duran mövzular insan ruhunun Allaha məhəbbəti, Ona qayıtmaq arzusu, ruhun Yaradanla ilahi vəhdəti və mütləq həqiqətin mahiyyətini dərk etməkdir. Qeyd etməliyik ki, Nəsiminin insan anlayışı statik və dəyişməz deyil, müəyyən anlamda dəyişkəndir. Onun insana baxış bucaqlarında islami, irfani, hürufilik və dünyəvi baxımından dəyərləndirmələri görmək mümkündür və bu baxışların hər birində şairanə yozum ön plandadır. İndi isə şairin hər bir baxış bucağını ayrı-ayrılıqda şərh edək.

Bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçi, Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Səadət Şıxıyevanın “Kainatla Allah arasında insanın yeri” məqaləsində qeyd olunub. AZƏRTAC məqaləni təqdim edir.

İnsana irfani baxış və kamil insan anlayışı

Hürufilik və Nəsimi yaradıcılığının qaynaqlandığı mütəfəkkirlərdən biri İbn Ərəbidir. Onun təsiri daha çox vəhdəti-vücud konsepsiyası və kamil insani ideyasının ifadəsində üzə çıxır. Bu paralelliklərdən birinə nəzər salaq. O, yaradılmışın alisi olan varlığı - kamil insanı “kitab” olaraq qəbul edir. Analoji qənaətlər Fəzlullahın təlimində də yer alır. Hürufiliyin mürşidinə görə, insan Tanrının məktubudur. “Adəm ilahi kitabdır, ilahi bir məktubdur...” “Biz Tanrının kəlmələriyik”.

İbn Ərəbinin ismi-əzəmi kamil insanla əlaqələndirməsinə də hürufilikdə diqqət yetirilib. O, insanın ismi-əzəm, yəni Allahın böyük ismi olduğunu bildirir. Nəsimi də eyni mövqedən deyir:

Çün əzəldən qüdrət əli biqələt,

Üzünə nəqş еylədi sivü dü xət.

İsmi-əzəm camеyi-zatü sifət

Bəllidir “fi surəti-şəbi-qətət”.

Nəsiminin bir sıra qəzəllərində kamil insan epitet və xitab olaraq istifadəsi, eləcə də bu ifadənin yer aldığı qəzəllərin məcazlar sistemi və ideya-məzmun xüsusiyyətləri çox zaman İbn Ərəbinin vəhdəti-vücud nəzəriyyəsi ilə yaxından səsləşir:

Mərhəba, insani-kamil, canımın cananəsi

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

Hürufilik prizmasından insana baxış

Çox zaman tədqiqatçılar olduqca zəngin poetik aləm olan Nəsimi “mən”inin məna dəyişikliyini nəzərə almadan bunu yalnız insan-Allahın ekvivalenti kimi qəbul və qeyd edirlər. Lakin mütəfəkkir öz “mən”inin ilahi qüdrətindən danışarkən, ölümə məhkum insanın varlığını deyil, onun ilahi mənşəli, özündə əzəli xüsusiyyətləri qoruyan ilahi ruhunu (“bülbüli-qüdsi”...) nəzərdə tutur.

Nəsimi şeirində ruh hər zaman Allahla vüsal halında deyil. O, cismani mövcudiyyəti ilə deyil, ruhən mərhələ-mərhələ Haqqa doğru yüksəlir. Nəsimi ruhunun başlanğıc mərhələyə qayıdışını və ilahi qüdrətin əldə olunmasını müxtəlif yollarla ifadə edir, məsələn, gül ləçəklərinin tökülməsi, incinin sədəfdən çıxması və s. bu niyyətin ifadəsinə xidmət edir. Nəsimi şeirində özünün rəngarəng və çoxqatlı ifadəsini tapan sonuncu motiv - ruhun kamala yetib Allah mərtəbəsinə yüksəlməsi “inci”nin “sədəf”dən çıxması kimi də metaforikləşir.

Mütəfəkkir şairin yaradıcılığında, ümumiyyətlə, ön planda olan bir üçlük var: can, cahan və canan. “Can” deyərkən bəzən insanın ruhu ilə cisminin vəhdətindən yaranan varlığı və onun kainatla əlaqəsi nəzərdə tutulur. Nəsimiyə görə, insanın cismi kainatda baş verən dəyişiklikləri özündə əks etdirir. Elə ona görə də, “hər nə yerdə, göydə var, adəmdə var”, - deyir. Yəni onun nəzərində təsəvvüf fəlsəfəsinə uyğun olaraq, insan mikrokosm, kainat makrokosmdur. O makrokosmda, yəni Nəsiminin ifadəsi ilə desək, “aləmi-kübra”da baş verənlər kiçik aləmdə (“aləmi-suğra”) də öz inikasını tapır. Nəsiminin nəzərində insan həm cismani varlığı, həm də cisimdə baş verən dəyişikliklər etibarilə kainatın bir parçasıdır. Eyni zamanda, insan ruhu ilə Allaha bağlıdır. Şair bu əlaqəni “can” və “canan” məcazları ilə ifadəyə meyillidir. Əgər insan cismi - maddi varlığı ilə kainatın bir parçasıdırsa, onun bir parçasını özündə daşıyırsa, “canan”dan gələn ruhu da Allaha aiddir, ona qayıdacaq. Nəsimi yaradıcılığının aparıcı ana xətlərindən biri budur.

Burayadək söylənilənləri aydın dərk etmək üçün müəyyən sufi görüşlərini bilmək lazımdır: sufilərə görə, insan kainatın özüdür. Onun ruhu maddi aləmin ən alt qatından - cəmaddan (cansız aləm) seyr etməyə başlayır, sonra bitki (nəbat), ardınca heyvan, ən sonunda insan şəklində görünür. Nəsimi divan şeirində bu görüşləri sistemli şəkildə, zəngin fəlsəfi və bədii məzmun verməklə istifadə edən azsaylı şairlərdəndir. Onun dövriyyə səciyyəli şeirlərindən biri belə başlayır:

Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,

Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.

Bu qəzəldə ruhun cansız aləmdən yaradılmışın ən kamili olan insana doğru seyri təsvir edilib. Nəsimi bu dövriyyəsində ruhun seyrinin ilahidən başlanmasının, “cövhər”in (ruh) əvvəlcə “nəbat”a (bitki), sonra heyvanata və nəhayət, insana doğru yönəldiyinin poetik-fəlsəfi şərhini verir. Nəticə etibarilə sadədən mürəkkəbə doğru gedən bu təkamül prosesi - ruhun seyrində qət etdiyi bu yol bütövlükdə kainatın vəhdəti anlamına gəlir.

Qeyd etməliyik ki, Nəsimi şeirində Yaradanla yaradılmışın əlaqəsi xüsusi vurğulansa da, Xaliqlə məxluqun eyniyyəti daimi bir hal kimi göstərilmir. Onun əsərlərindən aydın olur ki, ruhun Allahla harmoniyası dəyişməz və statik deyildir. Yaradana qovuşma ruhun təkamülünün ən ali mərtəbəsində baş verir.

İnsana dünyəvi dəyərlər prizmasından baxış

Nəsiminin insanın əxlaqi dəyərləri haqqında bəhsi də diqqətəlayiqdir və bu kimi dəyərlərin zaman hüdudu yoxdur:

Yəqin cənnət üzün görməz bir adəm

Ki, var canında anın üç əlamət.

Biri kəzzablıq, birisi qeybət,

Biri olmaq bəxil, əhli-ədavət.

Nəsiminin bəşər övladında ən nifrət etdiyi cəhətlərdən və bəlkə də birincisi təkəbbürdür və bir çox şeirində bunu dini, dünyəvi və irfani baxımdan məqbul saymır:

Həm təkəbbürlük adəm oğlunda

Ki, əzim ol bəlavü afətdir.

Şairə görə, Adəm oğlu öz təbiəti etibarilə mələklərə, Haqq mərtəbəsinə yaxın ola bildiyi kimi, mənfi xislətlərə yiyələnməklə İblis də ola bilir.

Burada bir məqamı da vurğulamalıyıq ki, Nəsiminin yaradıcılığında ön planda olan onun haqq aşiqi olmasıdır. Şair bütün yaradıcılığı boyu - əvvəlindən sonuna qədər Allaha məhəbbət aşılayır. Bununla o, insanlara ali mənəvi-əxlaqi dəyərləri də təlqin edir. Bir tərəfdən, ənənədən, təsəvvüf ədəbiyyatından müəyyən mənəvi-əxlaqi dəyərləri alaraq, bədiiyyat verməklə ifadə edirdisə, digər tərəfdən, bir çox məsələləri özünün fərdi baxış bucağından dəyərləndirmələrinə rast gəlirik. O, insandan nəfsinə qalib gəlməyi, düzgünlüyü, ruzi üçün digərlərinin qarşısında əyilməməyi, mərdanəliyi, cəsurluğu, təkəbbürlü olmamağı tələb edirdi. Onun özü də bu keyfiyyətlərə malik idi və yüzillər ərzində çox sayda insanlar üçün bu mənəvi cəhətləri ilə bir örnək oldu.

Dini baxışın poetik ifadələri

Nəsimi bir çox şeirlərində Allahın Adəmin cismini su və palçıqdan yaratması, ona öz nəfsindən üfürərək ruh verməsi, mələklərin insana səcdə etməsi, iblisin təkəbbür göstərərək, boyun əyməməsi, Allahın Adəmə mələklərin bilmədiyi sirri (“sirrül-əsma”) öyrətməsindən söz açır. Bu Quran qissələrindən istifadədə şairin məqsədi məlum olanı xatırlatmaqdan artıq, insanın ali məqamını dini düşüncələrdən çıxış etməklə də əsaslandırmaqdır.

Şairin bu kontekstdə fərdi yozumlarından biri də onun əsərlərində bəzən Adəm - ilk insan və ilk peyğəmbərin xüsusiyyətlərinin ümumilikdə bəşər övladının üzərinə köçürülməsidir. Bir sıra hallarda ilk insanla Nəsiminin müasiri olan insanın arasında sərhəd itir. Bu isə onun şeirinin özəlliyi kimi dəyərləndirilə bilər. Nəsimi çox zaman Adəm övladı, kamil insan olaraq, yalnız Fəzlullahı görür və ona xitabən şeirini söyləyir. Bəzən onun tərənnüm etdiyi kamil insan həzrət Məhəmməd və ya həzrət Əlidir. Bu mənada onun həmin insanlar haqqında dediklərini kontekstdən ayıraraq, bütün insanlara şamil etmək doğru deyildir. Məsələn, Nəsimi aşağıdakı şeirində Məhəmməd peyğəmbəri nəzərdə tutur:

Adəmi növində mislin görmədi dövri-fələk,

Şol cəhətdən gər sana хеyrül bəşər dеrsəm, nola?

Adəmi yaradılmışın ən dəyərlisi edən zatında daşıdığı ali gövhərdir:

Napak olan sənin nə bilir qədrü qiymətin,

Zatında adəmin dəхi arı göhər gərək.

Hər adəm oğlu ali məxluq, o Zati-Mütləqin məzhəri deyildir:

Surətdə adəm oğluvü məənidə div olan

Oldur ki, həqqi tanımamış, aşina dеgil.

Nəsiminin şeirində insanın ali varlıq olduğunu qəbul etməyən varlıqlar div, iblis və mahiyyətində bu iki varlıq olan insanlardır.

Əsərlərindən göründüyü kimi, şairin tez-tez tənqid hədəfinə çevirdiyi varlıq divdir. O həm islamaqədərki görüşlərlə bağlıdır, həm də bəzən iblisin sinoniminə çevrilir. Ümumiyyətlə, Adəmin düşməni olan divlə bağlı Nəsimi maraqlı söz oyunları da qurur. Şeirlərindən birində deyir ki, div Allahı tanımayan məxluqdur. Həqiqətən, div islamaqədərki təfəkkürün məhsulu və əfsanəvi məxluq olduğundan bu tərzdə söyləmə məntiqli görünür və onun Allah tanımaması zaman etibarilə də doğrudur. Amma insana səcdə etməyən div deyilərkən islami qissələrdəki iblis nəzərdə tutulur.

Şairin sıx-sıx vurğuladığı motivlərdən biri insanın mələklərin də səcdə etdiyi bir varlıq olmasıdır və onun bu məqamı Qurandakı qissələrə uyğun müəyyənləşib:

Sirri-tövhidə irmədi münkir,

Adəmə səcdə qılmadı şеytan.

Nəsimi şeirində insanın ifadəsi üçün istifadə olunan kəlmələr də maraq doğurur: adəmi, növi-bəşər, adəmi növi, adəm oğlu...

Bu camalü hüsnü gör kim, urar aya tənə, yarəb,

Bu nə həq surətli adəm, bu nə mənilü bəşərdir?

Sonda bunu da qeyd etməliyik ki, təkcə Nəsimi şeirində deyil, ümumiyyətlə, sufi ədəbiyyatında insanın ali bir varlıq və şərəfli bir yaradılmış kimi dərki mərkəzi yer tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb