Kanadanın “CTV news” kanalında Azərbaycanın Naftalan şəhəri haqqında qısametrajlı videomaterial nümayiş olunmuşdur
Bakı, 13 may (AZƏRTAC). Kanadanın nüfuzlu “CTV news” telekanalında Azərbaycanın Naftalan şəhəri haqqında qısametrajlı videomaterial nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, süjetdə Naftalan neftinin müalicəvi əhəmiyyəti və Naftalan sağlamlıq mərkəzinin fəaliyyətinin bərpası ilə bağlı ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ta qədimdən saysız-hesabsız xəstə insanlar ən qiymətli təbii sərvətlərdən biri olan Naftalan neftinin şəfaverici keyfiyyətlərindən bəhrələnmişlər. Dünyada analoqu olmayan bu sərvət yaraların, dəri, sinir, uroloji və digər xəstəliklərin müalicəsi üçün çox səmərəlidir.
Süjetdə Naftalan sağlamlıq mərkəzində müalicə alanlar bu müalicəvi neftin onların sağlamlığındakı rolundan danışırlar. Bundan başqa, məlumat verilir ki, şəfa tapmaq üçün dünyanın bir çox ölkələrindən Naftalana xeyli sayda insanlar gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [14:58]
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub
- 24.08.2026 [16:25]
“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?
- 21.08.2026 [19:09]
İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?
- 20.08.2026 [18:30]