KANOE ÜZRƏ AZƏRBAYCAN YIĞMA KOMANDASINA YENİ İDMANÇILAR CƏLB OLUNMUŞDUR
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandasına 2 yeni idmançı cəlb olunmuşdur.
Əvvəllər Ukrayna yığmasının heyətində 2 nəfərlik qayıqla çıxış etmiş Sergey Bezuqlıy və Maksim Prokopenko bundan sonra Azərbaycanın idman şərəfini qoruyacaqlar. 24 yaşlı kanoeçilər indiyədək 2 nəfərlik qayıqda olimpiya oyunlarının proqramına salınan həm 500 metrlik, həm də 1000 metrlik məsafələrə yürüşdə mübarizə aparmışlar. Onlar 1000 metrlik məsafəyə yürüşdə 2006-cı il dünya çempionatında bürünc, builki Avropa çempionatında isə gümüş medal qazanmışlar.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edən S.Bezuqlıy- M.Prokopenko dueti 500 metrlik məsafəyə yürüşdə finala vəsiqə qazanmışdır. Həlledici mərhələdə isə bu məsafəni 1 dəqiqə 44,157 saniyəyə qət edən cütlük 8-ci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]