Kapital Bank yeni depozit növləri təqdim etmişdir
Bakı, 23 may (AZƏRTAC). Kapital Bank müştərilərinə yeni depozit növləri təqdim etmişdir. İllik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 12 faizə qədər artırılmışdır.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, indi müştərilər həm depoziti artırıb azaltmaq, həm də sərfəli şərtlərlə nağd pul krediti almaq, yaxud kredit xətti açdırmaq imkanına malikdirlər.
Məlumatda, həmçinin qeyd edilir ki, iyunun 1-dən iyulun 21-dək Kapital Bankda depozitlər üzrə uduşlu lotereya oynanılacaqdır. Lotereyanın şərtlərinə görə, 50 gün ərzində bankda əmanət yerləşdirənlərdən hər gün bir nəfər şanslı əmanətçi 500 manat qazanacaqdır. Kampaniyanın sonunda isə super-priz olaraq bir qalib müştəriyə 25 min manat mükafat veriləcəkdir. Uduş əldə edən əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaqdır.
Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]