Karate-do üzrə Şərur rayon birinciliyinin qalibləri müəyyənləşib
Şərur, 1 mart, AZƏRTAC
Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yeniyetmələr arasında karate-do üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi birincilikdə 8 yaş qrupunda 60-dan çox qız və oğlan idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən 6-7 yaşlı oğlanlar arasında Həbib Əhmədov, 8-9 yaş qrupunda Səid Nəcəfli, 10-11 yaş qrupunda Seyran Quluzadə, 12-13 yaş qrupunda Ərtoğrul Məmmədbəyli, 14-15 yaş qrupunda Nurlan Məmmədov qalib adını qazanıblar.
Qızlar arasında isə 8-9 yaş qrupunda Gülay Ələkbərli, 10-11 yaş qrupunda Raziyə Dünyamalıyeva və 12-13 yaş qrupunda Fatimə Yusifova birinci yerə layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:50]
İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur
- 19.06.2026 [11:48]
Xaçmazda ev yanıb VİDEO
- 19.06.2026 [11:46]
Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub
- 19.06.2026 [11:41]