KARATE ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “ABU Arena” İdman Sarayında keçirilən Azərbaycan Milli Karate Federasiyasının 16-cı ümumrespublika çempionatı başa çatmışdır.
48 idman cəmiyyətindən 300-ə yaxın idmançının iştirak etdiyi yarışda Məhəmməd Quliyev (-68 kq), İsrafil Şirinov (-78), Orxan Heydərli (+78), Yusif Cəfərov (-60), Niyazi Əliyev (-67), Şahin Atamov (-75), Amal Atayev (-84), Famil Şəfiyev (+84) və Cəmilə Məmmədova (ümumi çəki) qızıl medallara layiq görülmüşlər.
İdman cəmiyyətləri arasında “Çempion” 13 qızıl, 4 gümüş, 7 bürünc medalla 1-ci, “Musado” 5 qızıl, 5 gümüş, 4 bürünc medalla 2-ci və “Budokan” 4 qızıl, 6 gümüş və 4 bürünc medalla 3-cü yerə çıxmışdır.
Ümumdünya versiyası üzrə (VKF) keçirilən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yusif Məmmədov olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]