Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kaspersky”dən “Zoom”dan istifadə üçün 10 təhlükəsizlik və məxfilik tövsiyəsi

“Kaspersky”dən “Zoom”dan istifadə üçün 10 təhlükəsizlik və məxfilik tövsiyəsi

Bakı, 23 aprel, AZƏRTAC

Karantin və sosial məsafənin tətbiqi dünyada, o cümlədən Azərbaycanda insanların yeni ünsiyyət yolları axtarmağa başlamasına səbəb oldu. Rahat və əlverişli “Zoom” xidməti tez bir zamanda populyarlıq qazandı. Ancaq qısa müddət sonra məlum oldu ki, proqramın yaradıcıları onun bu dərəcədə diqqət cəlb etməsini gözləmirdilər.

Şirkətə layiq olduğu tərifi demək lazımdır: “Zoom” yüklənmənin kəskin artmasının öhdəsindən uğurla gəlir və təhlükəsizlik tədqiqatçılarının tapıntılarına tez cavab verir. Ancaq tapılan bütün problemləri yeniləmələrin köməyi ilə həll etmək mümkün deyil - onlardan bəziləri ayrıca nəzərə alınmalıdır.

AZƏRTAC xəbər verir ki, “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov “Zoom”da həmkarlar, ailə və dostlarla ünsiyyət zamanı təhlükəsizliyin və məxfiliyin təmin olunmasına kömək edəcək tövsiyələri bölüşüb.

Öz hesabınızı qoruyun

İlk öncə bildirim ki, “Zoom” hesabı öz növündə daha bir dəyərli hesabdır və onu da qorumaq lazımdır. Güclü unikal şifrə istifadə edin və iki faktorlu identifikasiyanı aktivləşdirin: hətta hesab məlumatlarınız şəbəkəyə sızsa belə o, hesabınızı qoruyacaq (xoşbəxtlikdən belə bir hal hələ ki, baş verməyib, ancaq bu tip xoşagəlməz hadisəni tamamilə istisna etmək də olmaz).

Xidmətin bir özəlliyi var: giriş və şifrə ilə yanaşı, istifadəçi fərdi görüş identifikatoru (“Personal Meeting ID” və ya “PMI”) da əldə edir. Onu istifadə emək olduqca asandır - “PMI” vasitəsilə insanları “Zoom”dakı ümumi konfranslara dəvət edə bilərsiniz. Onunla diqqətli olun: “PMI”ni yalnız etibar etdiyiniz insanlarla bölüşün, çünki fərdi identifikatorunuzu bilən istənilən şəxs təşkil etdiyiniz hər hansı bir onlayn görüşə qoşula bilər.

“Zoom”da qeydiyyatdan keçmək üçün iş poçtundan istifadə edin

Əslində bir xüsusiyyət kimi ortaya çıxan, amma ən çox bilinən zəifliklərdən biri də eyni domendə qeydiyyatdan keçmiş istifadəçilərin adlarını və e-poçtlarını görmək imkanıdır (bu, @gmail.com və ya @yahoo.com kimi çox məşhur bir domen olmazsa). Bu, “Zoom” və telekonfransların keçirilməsi üçün digər vasitələrinin daha əvvəllər korporasiyalara yönəldilməsi ilə əlaqədardır. Əgər iş poçtundan istifadə edərək şirkət direktoru kimi qeydiyyatdan keçsəniz, eyni domendəki bütün kontaktlar avtomatik olaraq görünür. Çox sayda insan xidmətə qoşulmağa başlayanda məlum oldu ki, məsələn, yerli internet provayderinin domenində şəxsi poçtdan istifadə etsəniz, həmin domenin digər istifadəçilərinin məlumatlarını görə bilərsiniz.

Saxta “Zoom” tətbiqlərindən çəkinin

“Kaspersky” məşhur video rabitə xidmətlərinin (“Webex”, “GoToMeeting”, “Zoom” və sair) adlarını ehtiva edən zərərli faylların sayının ötən illə müqayisədə mart ayında üç dəfə artdığını bildirdi. Bu o deməkdir ki, təcavüzkarlar “Zoom” və bənzər tətbiqlərin artan populyarlığından fəal şəkildə istifadə edir, zərərli proqramları video rabitə klienti kimi maskalamağa çalışırlar.

Bu tələyə düşməyin. “Windows” və “Mac” üçün “Zoom” klientlərini yalnız “zoom.us” xidmətinin rəsmi saytından, mobil qurğular üçün tətbiqetmələri isə “App Store” və ya “Google Play”dən yükləyin.

Konfranslara keçid linklərini sosial şəbəkələrdə paylaşmayın

Yəqin ki, həmkarlarınız və ya qohumlarınızla nəinki əlaqə qurmaq, həm də ümumi konfranslar keçirmək istəyirsiniz. Hazırda həmin tədbirlərin yeganə əlçatan formatı budur - bu səbəbdən “Zoom” auditoriyası çox sürətlə böyüyür. Ancaq tədbiriniz hər kəs üçün açıq olsa da, ona keçid linkini sosial şəbəkələrdə yayımlamağı məsləhət görmürük.

“Zoom” ilə artıq tanışsınızsa, yəqin ki, "zoombombing" terminini eşitmisiniz. “Techcrunch” jurnalisti Coş Konstin tərəfindən düşünülən bu termin arzuolunmaz məzmun nümayiş etdirmək üçün “Zoom” konfransındakı troll reydlərini bildirir. Elə indilərdə “Discord” çatlarında və “4Chan”dakı mövzularda (trollarla dolub-daşan) gələcək troll hücumlar müzakirə olunur.

Trollar keçiriləcək tədbirlər haqqında necə məlumat əldə edirlər? Təsəvvür etmək elə də çətin deyil - ictimai mənbələrdən, xüsusən də sosial şəbəkələrdən. Buna görə də “Zoom” konfranslarına keçid linklərini ictimai qaynaqlarda yayımlamamağa çalışın. Yox əgər bunu etməlisinizsə, onda bu tədbirlər üçün “şəxsi konfrans identifikatoru”nu (PMI) istifadə etmək seçimini bağlayın.

Hər bir konfransı şifrə ilə qoruyun

Konfransın şifrə ilə qorunması müzakirə iştirakçılarının siyahısını görmək istədiyiniz insanlar həddində məhdudlaşdırmağın ən yaxşı yoludur. Son zamanlarda o, standart funksiya kimi istifadə edilir və bu çox yaxşı haldır (qeyd: konfrans şifrəsini hesab şifrəsi ilə qarışdırmayın). Tədbirlərə keçid linkləri kimi konfrans şifrələri də sosial şəbəkələrə və digər ictimai saytlara sızmamalıdır.

Gözləmə otağını aktivləşdirin

Gözləmə otağı - standart funksiya kimi aktiv olan başqa bir faydalı xüsusiyyətdir. İdeya bundan ibarətdir ki, toplantıya qoşulmaq istəyən “gözləmə siyahısı”na düşür və konfrans təşkilatçısı iştirakını təsdiqləyənə qədər orada qalır. Bu xüsusiyyət, konfrans şifrəsi açıq istifadəyə düşdüyü zaman xüsusilə faydalı olacaq.

Konfransa qoşulmuş iştirakçılar ünsiyyətinizə müdaxilə etməyə başlasalar, onları yenidən gözləmə otağına köçürə bilərsiniz. Bu funksiyanı deaktiv etməməyi məsləhət görürük.

Ekran nümayişi parametrlərinə diqqət yetirin

Bir qayda olaraq, videokonfrans proqramları digər iştirakçılara cihazın ekranını göstərməyə imkan verir və “Zoom” da istisna deyil. Bunun üçün aşağıdakı parametrlərə diqqət yetirin:

- Ekranı kim göstərə bilər - yalnız təşkilatçı və ya konfransın hər hansı bir iştirakçısı. İctimai videokonferanslarda təsadüfi istifadəçilərin bu imkana sahib olmasını əlbəttə ki, istəmirsiniz, ona görə də bu seçimi bağlamaqda fayda var.

- Birdən çox iştirakçının eyni vaxtda ekran paylaşmasına icazə verilir. Bu funksiyaya ehtiyacınız olub olmadığını dəqiq bilmirsinizsə, çox güman ki, ona heç ehtiyac olmayacaq və ona görə də bağlasanız daha yaxşı olar. Sadəcə unutmayın ki, əlinizin altında belə bir funksiya var.

Mümkün olduqda veb klientdən istifadə edin

“Zoom” tətbiqinin müxtəlif çatışmazlıqları var. Məsələn, versiyalardan biri təcavüzkarların cihazın mikrofonu və kamerasına giriş əldə etməsinə imkan verib. Başqa bir versiya, vebsaytlara istifadəçiləri onların razılığı olmadan zənglərə qoşmağa icazə verib. “Zoom” yaradıcıları yuxarıdakıları və bir sıra digər problemləri tez bir zamanda həll ediblər. Xidmət, həmçinin istifadəçilərin “Facebook” və “LinkedIn” dən götürülmüş məlumatlarını paylaşmağı da dayandırıb.

Buna baxmayaraq, bütün problemlərin tez bir zamanda həll edilməsi mümkün deyil. “Zoom” tətbiqinin təhlükəsizliyinə dair müstəqil qiymətləndirmə olmadıqca, onun etibarlı olmaması ehtimalı var - məsələn, istifadəçi məlumatlarını üçüncü şəxslərə açıqlamağa davam edəcək.

Buna görə, düzgün istifadə üçün “Zoom”u brauzerdə istifadə etməyi və xidmətin tətbiqlərini quraşdırmamağı məsləhət görürük. Veb versiyası "qum qutusu" daxilində işləyir və tətbiq quraşdırılmasını tələb edən cihazlarda istifadəsinə icazə yoxdur. Bu, onun səbəb ola biləcəyi ziyanları məhdudlaşdırır.

Təəssüf ki, başqa bir problem də var. Veb interfeysindən istifadə etmək istəsəniz belə, ola bilər ki, “Zoom” sizin əvəzinizdən qərar verərək quraşdırma faylını yükləsin və konfransa qoşulmaq üçün tətbiq yükləməyi tələb etsin. Bu vəziyyətdə xidmətin quraşdırıldığı cihazların sayını məhdudlaşdıraraq yalnız bir cihaz edə bilərsiniz. Qoy bu çox az şəxsi məlumatınızı saxladığınızı bir cihazınız, məsələn ikinci smartfonunuz və ya nadir hallarda istifadə etdiyiniz dizüstü kompüteriniz olsun. Bəli, bu paranoyaya oxşayır, amma özünü təhlükələrdən sığortalamaq çox vacibdir.

Yeri gəlmişkən, şirkətiniz “Skype for Business” istifadə edirsə (əvvəllər bu proqram Lync kimi tanınırdı), unutmayın - o, “Zoom” konfranslarını dəstəkləyir və qeyd olunan çatışmazlıqlardan azaddır. Beləliklə, ondan “Zoom” klientinin əvəzinə istifadə etmək olar.

“Zoom”da ucdan-uca şifrələmə reklamlarına inanmayın

“Zoom” təkcə qiymət siyasətinə və imkanlarına görə deyil, həm də yaradıcılar tərəfindən reklam edilən ucan-uca şifrələmə səbəbindən populyarlaşdı. O, həmsöhbətlər arasındakı bütün rabitəni şifrələməyi və onu yalnız zəng iştirakçıları (“Zoom” videorabitə işçiləri də daxil olmaqla digərlərinə isə belə bir imkan tanımır) tərəfindən deşifrə etməyi təklif edir.

Çox gözəl səslənir. Lakin təhlükəsizlik tədqiqatçılarının aşkarladığı kimi, praktikada bu belə deyil. “Zoom”un yaradıcıları etiraf etməli oldular ki, "ucdan-uca" ilə onlar yalnız “Zoom” serverinə qədər şifrələməni nəzərdə tuturdular. Yəni, video şifrələnsə də, şirkət işçiləri və bəzi hallarda hüquq-mühafizə orqanları ona giriş əldə edə bilər. Söhbətlərin mətni isə həqiqətən də ucdan-uca şifrələmə ilə qorunur və “Zoom” işçiləri ona daxil ola bilmirlər.

Sizi dərhal “Zoom”dan imtina etməyə çağırmırıq - digər videokonfrans xidmətlərində ucdan-uca şifrələmə yoxdur. Ancaq bunu xüsusilə unutmayın və vacib məxfi məsələləri “Zoom”da müzakirə etməməyə çalışın.

Həmsöhbətlərinizin nələri görə və eşidə biləcəyini düşünün

Bu maddə yalnız “Zoom”a deyil, bütün videorabitə xidmətlərinə aiddir. Konfransa qatılmazdan əvvəl həmsöhbətlərinizin nə görəcəyi və nə eşidəcəyi haqda düşünün. Hətta evdə tək olsanız belə, özünüzü qaydaya saxlamağınız və səliqəli geyinməyiniz daha yaxşı olar. Əgər kameranın görünüş sahəsinə düşürsə, parol etiketini çıxara bilərsiniz.

Eyni şey cihazınızın ekranına da aiddir. Əgər onu nümayiş etdirmək niyyətindəsinizsə, başqalarının görmək istəmədiyi bütün kənar pəncərələri bağlayın. Bu, iştirakçılardan birinə hədiyyə almaq üçün getdiyiniz bir onlayn mağazanın səhifəsi və ya rəhbərinizi özündən çıxaracaq bir iş axtarışı saytı ola bilər. Digər nümunələr barədə sizə təxəyyülünüzə müraciət edə bilərsiniz.

Yüksəksürətli internet və videokonfrans icad edilməzdən və uzaqdan işləmək imkanı ortaya çıxmazdan əvvəl, özünü izolyasiya darıxdırıcılıq və tənhalıq hissinə təslim ola bilərdi. “Zoom” kimi proqramlar ilə vəziyyət artıq başqadır. İndi isə onlardan etibarlı şəkildə necə istifadə edəcəyinizi bilirsiniz.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub