KƏNDLƏRDƏ SOSİAL İNFRASTRUKTUR BƏRPA EDİLİR VƏ YENİDƏN QURULUR
Göyçay rayonunun kənd bələdiyyələri və icra nümayəndəlikləri Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) Düzən Şirvan Regional Əməliyyatlar Ofisi ilə sıx əməkdaşlıq etməklə əhalinin içməli və suvarma suyuna olan ehtiyaclarının ödənilməsinə, kəndarası yolların yenidən qurulmasına, təhsil və səhiyyə ocaqlarının təmir edilməsinə, elektrik enerjisi verilməsinin və drenaj sisteminin bərpasına nail olmuşlar.
Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, AzKİL çərçivəsində təkcə 2007-ci ildə Şəkər, Mırtı, Qaraxıdır kəndlərində daxili yollara asfalt örtüyü salınmış, Alpout kəndində drenaj sistemi bərpa edilmiş, Qarayazı kəndində yeni artezian quyusu qazılmışdır. Həmin il rayonun Kürdəmiş, Çayarxı, Məlikkənd və Cəyirli kəndlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün artezian quyusunun və su təmizləyici qurğunun quraşdırılmasına, Şahsoltanlı kəndində yolların bərpasına və Xəlitli kəndində suvarma arxlarının yenidən qazılması işinə başlanılmışdır. Bu istiqamətdə tədbirlərin icrası hazırda davam etdirilir.
Layihələrin həyata keçirilməsi üçün ümumilikdə 384 min manat vəsait ayrılmışdır. Bu sosial layihələr əsasən yüksək ehtiyac göstəricilərinə görə fərqlənən və əhalisinin sayı 1000 nəfərdən 10 min nəfərədək olan kəndlərdə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]