“Keşlə” rekord nəticəyə imza atıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakının “Keşlə” futbol klubu Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü quru oyununu keçirib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun komandası “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.
Mövsümün birinci üç matçında qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Paytaxt təmsilçisi indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006-2007-ci və 2010-2011-ci il mövsümlərində ilk üç matçı quru keçirən “Keşlə” seriyası 4-cü turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999-2000-cu il mövsümündən güclülər dəstəsində mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]