ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalın reytinq siyahısında ilk onluğa daxil edilib
![Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalın reytinq siyahısında ilk onluğa daxil edilib](/files/2024/2/1200x630/17164475936073656389_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin nüfuzlu “Wiley” nəşriyyatının “ChemistrySelect” jurnalında dərc etdirdikləri “Azot əsaslı yeni heterotsiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinq və asetilxolinesteraza, α-qlikozidaza enzim inhibitorlaşma istiqamətləri” adlı məqalə jurnalın 2024-cü il üzrə ən çox istinad olunan məqalələrin reytinq siyahısında ilk onluğa daxil edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, “Wiley” nəşriyyatı məqalənin ilk müəllifi olan institutun baş direktoru akademik Vaqif Fərzəliyevi sertifikatla təltif edib. Məqaləyə qısa müddətdə dünya alimləri tərəfindən 23 istinad edilib.