Kiş çayının Damarçın qolunda ekoloji monitorinq aparılıb
Şəki, 17 avqust, Mustafa Dadaşov, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev tərəfindən Kiş çayının Damarçın qolu və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov məlumat verib. Bildirilib ki, monitorinq zamanı çayın mənbəyində sellərin əmələgəlmə şəraitinin öyrənilməsi üçün ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda, regionun təbiət abidələrindən olan “Meşəbaşı” şəlaləsinin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.