“KİTABİ-DƏDƏ QORQUD” RUMIN DİLİNDƏ
Azərbaycan xalqının ən qədim yazılı ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı Rumıniyada ilk dəfə nəfis poliqrafik tərtibatda nəşr olunmuşdur.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun və Rumıniya -Azərbaycan Dostluq Cəmiyyətinin köməyi ilə işıq üzü görən bu qədim eposu rumın dilinə Buxarest Universitetinin professoru Yusif Nevzat tərcümə etmişdir.
Qorqudşünas Şamil Cəmşidov kitaba yazdığı son sözdə “Kitabi-Dədə Qorqud”un tarixi və boyları barədə ətraflı məlumat vermiş, Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə dastanın Bakıda keçirilən 1300 illik yubiley tənətənəsindən söz açmışdır.
Kitabın dost ölkədə nəşri Rumıniyadakı türksoylu xalqların nümayəndələri ilə yanaşı, bu ölkədə türkologiya fakültələrinin fəaliyyət göstərdiyi universitet və institut tələbələrinin və professor-müəllim heyətinin böyük marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]