Kitabxanada növbəti təlim turizmin təbliğinə həsr edilib
Bakı, 22 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində reallaşıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri açaraq turizmin Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcudluğundan, inkişafına ciddi diqqət göstərilməsindən, rəqabət imkanlarının yüksəkliyindən, bu sahənin davamlı inkişafının nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyacın sürətlə artmasından danışıb.
İki gün davam edən təlimin sonuncu günü iştirakçılara sertifikatlar verilib.